Kiyevdə deputat və məmurların təlimlərə göndərilməsi təklif edilir

Kiyevdə deputat və məmurların təlimlərə göndərilməsi təklif edilir
  26 Yanvar 2024    Oxunub:692
Ukrayna Ali Radasının “Xalqa xidmət” fraksiyasının rəhbəri David Araxamia maraqlı təklif irəli sürüb.
"Leviy bereq"in yaydığı məlumata görə, o, dövlət qulluqçularının və deputatların hərbi təlimlərə göndərilməsini təklif edir.

“Araxamia bütün dövlət qulluqçuları və deputatlar üçün hərbi təlimlərin təşkilini təklif edir. Bu, ukraynalıları səfərbərlikdən qorxmamağa və təlimlər keçməyə sövq edə bilər”, - materialda deyilir.

Fraksiya rəhbəri təklif edib ki, məmurların hazırlığı qismən olsun. Onun sözlərinə görə, dövlət qulluqçuları Radada işləməyə də vaxt ayırmalıdırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti