Fondun tədqiqatçılarının
yaydığı məlumata görə, sorğuda iştirak edən rusların əksəriyyəti (78%) prezident Vladimir Putinin işini müsbət qiymətləndiriblər.
Həftəlik "FOMnibus" sorğusu 21 yanvar 2024-cü il tarixində federasiyanın 53 subyektinin 104 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 1,5 min respondent arasında keçirilib. Respondentlər yaşadıqları ərazi üzrə sorğu-sual ediliblər. Tədqiqatçılar qeyd ediblər ki, statistik səhv 3,6%-dən çox olmayıb.
Ümumi nəticədə məlum olub ki, respondentlərin 77%-i prezidentə güvənsə də, rusiyalıların 12%-i ona elə də inanmır. Həmçinin, sorğuda iştirak edənlərin 9%-i Putinin onun fəaliyyətini kifayət qədər pis qiymətləndirib.
Tural Tağıyev
AzVision.az