Fransalı siyasətçi: "Avropa İttifaqını məhv etmək lazımdır"

      Fransalı siyasətçi:  "Avropa İttifaqını məhv etmək lazımdır"
  26 Yanvar 2024    Oxunub:950
Fransa kənd təsərrüfatını xilas etmək üçün Avropa İttifaqından çıxmalıdır.
Bu barədə Fransa Patriotlar hərəkatının lideri Florian Filippot X sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası fermerlərin etirazlarının qızğın vaxtında təxribat törədib. Məhz, qurum Avropa İttifaqı və Merkosur arasında azad ticarət sazişinin qəbulunu sürətləndirmək planlarını açıqlayıb.

Onun fikrincə, bu qərar kənd təsərrüfatını öldürəcək. Siyasətçi hesab edir ki, Avropa İttifaqı Fransanı dağıtmamışdan əvvəl onu məhv etmək lazımdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti