Erməni jurnalistdən xəbərdarlıq: “Bizi fəlakətli kriminal gələcək gözləyir”

   Erməni jurnalistdən xəbərdarlıq: “Bizi fəlakətli kriminal gələcək gözləyir”
  26 Yanvar 2024    Oxunub:964
Radikal yazıları və revanşist çağırışları ilə tanınan erməni jurnalist Nairi Hoxikyan ölkəsində kriminal durumun pisləşməsindən gileylənib. O, qumar oyunlarının adiləşməsini faciəvi hal sayıb.
- Milli Assambleyanın sədri Alen Simonyan bir vaxtlar qumar oyunları ilə fəal şəkildə “mübarizə aparırdı”. Hətta kazino və bukmeker kontorlarını məhdudlaşdıran qanunlar da qəbul edilirdi. Lakin bu gün əhalimiz, o cümlədən yetkinlik yaşına çatmayanlar qumar oyunlarını fəlakətli şəkildə oynayırlar.

"Ermənilər Azərbaycanla sərhəddə xidmətdən qorxurlar" - Hoxikyan
Vaxt var idi ki, Simonyan narkomaniya ilə də fəal şəkildə “mübarizə aparmağa” başladı. İqtidar hətta tonlarla narkotiki müsadirə etməyi və onların ölkəmizdə yayılmasının qarşısını ala bildiklərini söyləyirdi.

Amma bu gün cəmiyyətdə, xüsusən də yetkinlik yaşına çatmayanlar arasında narkomaniyanın idarəolunmaz və faciəvi göstəriciləri yaranıb, - Hoxikyan statistikanın arzuolunmaz həddə çatmasından gileylənib.

Jurnalist daha çox Simonyanı qınayaraq qeyd edib ki, siyasətçi hazırda Ermənistanda efirləri dolduran və “kriminal subkulturanın təbliğatını ehtiva edən” filmlərə qarşı da fəal “mübarizə aparmağa” başlayıb.

- Yeri gəlmişkən, Simonyan özü də hakimiyyətə gəlməzdən əvvəl, oxşar filmlərdə çəkilib. Yaxın gələcəkdə biz Ermənistanda kriminal elementlərin və cinayətkarlığın nəzarətsiz və daha fəlakətli artımını yaşayacağıq. Çünki Nikol və onun əlaltıları nə deyirlərsə, onlar əks nəticə ilə gerçəkləşir. 2019-cu ildə Nikolun səsləndridiyi məşhur "Qarabağ Ermənistandır və nöqtə!" ifadəsini xatırlayırsınız? Düz bir ildən sonra Qarabağ torpaqları Azərbaycana qayıtdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Jurnalist   Kriminal   Narkotik  





Xəbər lenti