ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

   ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək
  25 Yanvar 2024    Oxunub:820
ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.

Onun sözlərinə görə, ölkəsi Moskvanı silah istehsalının əsas komponentlərinə çıxışdan məhrum etməyə çalışacaq.

“İndi biz sanksiyalarımızı sərtləşdirməliyik və Rusiyanın ixracı üçün xərcləri artıracağıq ki, onun silah istehsalı üçün əsas komponentlərə çıxışını azaldaq”, - dövlət katibinin köməkçisi bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti