Cənubi Koreya kəşfiyyat dronlarının istehsalına başladı

   Cənubi Koreya kəşfiyyat dronlarının istehsalına başladı
  25 Yanvar 2024    Oxunub:894
Cənubi Koreya Şimali Koreyaya hərbi nəzarəti gücləndirmək üçün orta hündürlükdə uçan pilotsuz uçuş aparatları (MUAV) istehsalına başlayıb.
Bu barədə “Younhap” dövlət satınalma agentliyinə istinadən məlumat yayıb. Dekabr ayında Cənubi Koreya ölkənin ən böyük hava yolu şirkəti “Korean Air”, həmçinin iki müdafiə firması “LIG Nex1” və “Hanwha Systems” ilə 2028-ci ilə qədər müasir kəşfiyyat aparatlarının istehsalı üçün 471,7 milyard von (353,6 milyon dollar) dəyərində müqavilə imzalayıb.

Kəşfiyyat xarakterli pilotsuz uçan aparatı 10-12 km hündürlükdə uçmaq və 100 kilometrdən çox məsafədən yüksək ayırdetməli təsvirlər çəkmək qabiliyyətinə malikdir. Onların uzunluğu 13 m, qanadları isə 25 m-dir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti