Əfqanıstandakı qəzadan sağ çıxanlar Sankt-Peterburqa göndəriləcək

 Əfqanıstandakı qəzadan sağ çıxanlar Sankt-Peterburqa göndəriləcək
  25 Yanvar 2024    Oxunub:1014
Əfqanıstanda qəzaya uğrayan təyyarədə sağ qalan Falcon 10 biznes-jetinin 4 ekipaj üzvü Rusiya Federasiyasına təhvil veriləcək.
Bu barədə “RİA Novosti” öz mənbələrinə istinadən yazıb. Onlar yanvarın 25-i cümə axşamı müntəzəm reyslə Rusiyanın Sankt-Peterburq şəhərinə uçacaqlar.

Qeyd edək ki, Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.

Qəzaya uğrayan təyyarədə Rusiyanın Volqodonsk vilayətindən olan sahibkar Anatoliy Yevsyukov və həyat yoldaşı Anna həlak olublar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti