ABŞ Suriyadan qoşunlarını tamamilə çıxara bilər

ABŞ Suriyadan qoşunlarını tamamilə çıxara bilər
  25 Yanvar 2024    Oxunub:1018
ABŞ Amerika qoşunlarının Suriyadan tam çıxarılması imkanını ciddi şəkildə nəzərdən keçirir.
Bu barədə “Foreign Policy” jurnalı Dövlət Departamenti və Pentaqondakı mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, ABŞ prezident administrasiyası Suriyada missiyanı artıq zəruri hesab etmir və hələlik yekun qərar verməsə də, bölmələrin ölkədən çıxarılmasının vaxtı və üsullarını müzakirə edir.

Materialın müəllifləri Amerika qoşunlarının mümkün çıxarılmasının ölkədə xaosa səbəb olacağına inanırlar, lakin iddia edirlər ki, ABŞ rəhbərliyi bu addımı qaçılmaz hesab edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti