Çin: "Terrorçulara silah verməmişik"

      Çin:   "Terrorçulara silah verməmişik"
  25 Yanvar 2024    Oxunub:1128
Rəsmi Pekin Qəzza zolağındakı HƏMAS yaraqlılarına silah ötürməsi ilə bağlı xəbərləri təkzib edib.
AzVision.az xəbər verir ki, Çinin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian aylıq mətbuat brifinqində bu barədə bəyanat yayıb.

"Çin silah ixracatında həmişə ehtiyatlı və məsuliyyətli mövqe tutur" , - nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, İsrail Ordusu HƏMAS döyüşçülərində xeyli sayda Çin istehsalı silah aşkarlamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Qəzza   silah   ixrac  





Xəbər lenti