Bayden Türkiyəyə "F-16" satışını təsdiqlədi

   Bayden Türkiyəyə "F-16" satışını təsdiqlədi
  25 Yanvar 2024    Oxunub:1634
ABŞ prezidenti Co Bayden "F-16" hərbi təyyarələrinin Türkiyəyə satışına dair rəsmi proseduru başlatmaq istəyi ilə bağlı Konqresə məktub göndərib.
AzVision.az xəbər verir ki, Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrinə göndərilən məktub yüksəksəviyyəli respublikaçı və demokrat üzvləri satışın "gecikmədən təsdiqlənməsinə" çağırır.

Konqres bu çağırışı təsdiqləyərsə, Türkiyəyə 20 milyard dollar dəyərində "F-16" təyyarələri və modernləşdirmə avadanlığının satışına başlanacaq.
Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

Qeyd edək ki, Konqresin bəzi respublikaçı nümayəndələri rəsmi Ankaraya "F-16" satışı müqabilində İsveçin NATO-ya müraciətinə baxılması şərtini iləri sürmüşdülər. Bu çərçivədə ötən gün Türkiyə Böyük Millət Məclisi müraciətlə bağlı qanun layihəsini təsdiqlədi. Qərarın prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq qüvvəyə minəcəyi təqdirdə Konqres, öz növbəsində, hərbi təyyarələrin satışı üçün hərəkətə keçəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   ABŞ   NATO   F16  





Xəbər lenti