Türkiyənin Qara dənizdəki döyüş gəmiləri ilə bağlı mövqeyi dəyişməzdir

   Türkiyənin Qara dənizdəki döyüş gəmiləri ilə bağlı mövqeyi dəyişməzdir
  25 Yanvar 2024    Oxunub:1042
Türkiyənin hərbi gəmilərin Qara dənizə girməsinin qarşısının alınması ilə bağlı mövqeyi dəyişməyib.
Bu barədə RİA Novosti prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. “Mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Montrö Konvensiyasına əməl edilir”, - agentliyin həmsöhbəti ABŞ-ın Qara dənizdə gəmiçiliklə bağlı müzakirə planları ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, ABŞ çətin ki, Türkiyəni Qara dənizdə gəmiçilik qaydalarını dəyişməyə razı sala bilsin.


AzVision.az


Teqlər:





Xəbər lenti