İsrailli etirazçılar atəşkəs tələb edirlər

   İsrailli etirazçılar atəşkəs tələb edirlər
  25 Yanvar 2024    Oxunub:1023
Yüzlərlə nümayişçi Qəzza zolağında saxlanılan əsirlərin azadlığa buraxılması üçün yolu bağlayıblar.
AzVision.az xəbər verir ki, hadisə Tel-Əviv şəhərində baş verib.

Etirazçılar nəqliyyatın hərəkətini dayandıraraq, "Qan tökülməsinə son!" yazılmış plakatlar qaldırıblar.

"Hökumətə demək istəyirik ki, artıq bəsdir! Əsirlərin evlərinə qayıtmasını istəyirik. Atəşkəs istəyirik! Əsirləri hərbi əməliyyatlar yox, yalnız diplomatik razılaşmalar geri gətirəcək" , - etirazçılardan biri Sapir Sluzker Amran deyib.

Hərçənd İsrailin Baş naziri Benyamin Netanyahu dünən parlamentdə çıxışı zamanı "HƏMAS tamamilə dağıdılmayınca əməliyyatların başa çatmayacağını" bildirib.

"Bu, vətən müharibəsidir" , - baş nazir vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   atəşkəs   aksiya  





Xəbər lenti