Yunanıstanda eynicinsli nikah gündəmdədir
Ölkənin mərkəz sağçı hökuməti layihənin qəbulu üzrə proseduru sürətləndirməyə çalışsa da, Yunan Pravoslav Kilsəsi məsələnin qəti şəkildə əleyhinədir.
Dünyadakı pravoslav kilsələrinin mərkəzi İstanbul Patriarxlığı eynicinsli evliliyə etiraz mahiyyətində bəyanat yayıb.
"Evlilik İsa Məsihin əmri əsasında kişi və qadının birləşməsidir. Kilsə öz üzvlərinin nikahdan kənar münasibətinə razılıq vermir", - bəyanatda deyilir.
Yunan Ortodoks Kilsəsinin Rahiblər Məclisinin sözçüsü Panteleymon da ölkənin "Skai TV" telekanalına müsahibəsində kilsənin layihəyə etirazının yazılı şəkildə parlament üzvlərinə göndəriləcəyini və fevralın 4-də bazar günü ayinlərində oxunacağını bildirib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Yunanıstan eynicinsli nikah evlilik kilsə