Almaniya XİN rəhbərinin olduğu təyyarə Eritreyə buraxılmadı

 Almaniya XİN rəhbərinin olduğu təyyarə Eritreyə buraxılmadı
  25 Yanvar 2024    Oxunub:1051
Almaniyanın xarici işlər naziri Annalena Berbokun olduğu təyyarə Cibutiyə uçarkən Eritreya ərazisi üzərində uçuş icazəsi almadığı üçün Səudiyyə Ərəbistanına planlaşdırılmamış eniş edib.
Bu barədə ZDF yazıb. Səudiyyə Ərəbistanına enməzdən əvvəl gəmi Qırmızı dəniz üzərində bir saatdan çox dövr edib. Pilot bildirib ki, göstərilən səylərə baxmayaraq, təəssüf ki, Eritreya üzərindən uçmaq üçün icazə almaq mümkün olmayıb.

Nazir baş verən hadisədən sonra deyib: “Planlaşdırılmayan şeylər baş verəndə çevik olmaq lazımdır”.

Məlumata əsasən, Eritreya Xarici İşlər Nazirliyində elektrik enerjisi kəsildiyi üçün havadan uçuş icazəsinin verilməsi çətin olub. Sudan və Yəmən əraziləri ilə uçuşlar da bu ölkələrdəki silahlı münaqişələr səbəbindən mümkün olmayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti