Müharibə Araşdırmaları İnstitutu təyyarə qəzasının detallarını açıqladı

   Müharibə Araşdırmaları İnstitutu təyyarə qəzasının detallarını açıqladı
  25 Yanvar 2024    Oxunub:1581
Xəbər verdiyimiz kimi dünən Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətinin Koroçanski kəndində qəzaya uğrayıb.
Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) dünya mediasının gündəminə çevrilmiş hadisə ilə bağlı maraqlı detallar yayıb. ISW-nin yeni hesabatında ilk olaraq hadisənin Yablonovo kəndində baş verməsi qeyd edilir.

Dəhşətli təyyarə qəzasında 65 ukraynalı əsir öldü - VİDEO
Ekspertlər müxtəlif rus mənbələrinin yaydığı geolokasiya görüntülərinə istinad ediblər. “Aşkar görünür ki, İl-76-nın vilayətin Yablonovo adlanan ərazisində (Belqoroddan təxminən 50 km şimal-şərqdə) qəzaya uğrayıb”, - İnstitut qeyd edib.

Analitiklərin fikrincə, ruslar təyyarə qəzasından informasiya məkanında Kiyevin əleyhinə istifadə etməyə çalışırlar. Bütün dezinformasiyalar Ukraynada daxilində narazılıq toxumu səpmək və Qərbin hərbi dəstəyi davam etmək istəyini sarsıtmağa hesablanıb.

Təqdim olunan uçuş xəritəsinə görə, Yablonovo kəndindən Belqoroda qədər olan məsafə 70 km-dən çoxdur.

Qeyd edək ki, Rusiya rəsmiləri təyyarənin Ukrayna ordusunun Qərbdən aldığı raketlərlə vurmasına dair açıqlamalar verirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Təyyarə   Qəza  





Xəbər lenti