"Vurulan təyyarədəki şəxslərin hamısı ölüb" - Qubernator

   "Vurulan təyyarədəki şəxslərin hamısı ölüb" -    Qubernator
  24 Yanvar 2024    Oxunub:1087
Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
Dəhşətli təyyarə qəzasında 65 ukraynalı əsir öldü - VİDEO
AzVision.az xəbır verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Koroçanski rayonunda qəzaya uğrayan nəqliyyat təyyarəsi yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb.

Qubernatorun sözlərinə görə, hazırda qəza yeri mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır. "Fəlakətin səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir", - Qladkov əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Telegram kanalında Kiyevi İl-76-nı vurmaqda günahlandırıb. O qeyd edib ki, rəsmi Kiyev vəhşilik edib və hər hansı razılaşmanın mümkünlüyünü şübhə altına alıb.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Rusiyanın Belqorod vilayətində hərbi nəqliyyat təyyarəsinin qəzaya uğrayaraq partlaması barədə məlumat yayılıb.

Daha sonra isə sosial şəbəkələrdə qəza anını əks etdirən videolar paylaşılıb. İddia olunur ki, təyyarə zenit raket kompleksinin işə salınması nəticəsində vurulub. Görüntülərdə səmada raket uçuşlarının da izləri olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti