İrəvan Şuşa məğlubiyyətində separatçı "komandan"ı günahkar çıxarıb - Detallar |
Proses qapalı məhkəmə iclasında araşdırıldığı üçün detallar açıqlanmayıb.
İstintaq general Arzumanyanı onun göstərişi ilə Ağdərə rayonunun işğal olunmuş Areqa adlı yüksəkliklərinin iki gün sonra əldən verilməsində ittiham edir. Azərbaycan Ordusunun bu uğuru isə separatçıların sonrakı döyüş əməliyyatlarının gedişatına mənfi təsir edib.
Bundan başqa, general Şuşa şəhəri uğrunda gedən döyüşlərlə bağlı vəzifə səhlənkarlığında da ittiham olunur.
Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının sonunda ermənilərin Areqa adlandırdığı strateji yüksəkliklər uğrunda baş verən döyüşlərdə bu istiqamətdə hərəkət edən batalyonlara Arzumanyan komandanlıq edib. O, sələfi Cəlal Arutyunyanın ağır yaralanmasından sonra müharibənin son mərhələsində, o cümlədən Şuşa uğrunda gedən döyüşlərdə sepratçıların "ordu"suna komandanlıq etməyə başlayıb.
Tural Tağıyev
AzVision.az