Zelenskinin bunker həyatı: "Yatağı dar idi və bayat çörək yeyirdi"
Müəllif qeyd edib ki, ilk günlərdə Zelenskinin özü hamını ayağa qaldırıb. Ukrayna lideri jurnalistə deyib ki, zərbələrin haradan və necə edildiyini bilməyincə onun yatmağa haqqı yoxdur.
Sığınacaqda yemək üçün demək olar ki, heç nə olmayıb.Şuster bildirib ki, yığıncaqlarda şirniyyat paylanırmış, ümumi mətbəxdə isə ət konservləri və bayat çörək olurmuş. Bir nazir ona bir neçə gün şokoladla yaşadığını deyib.
Kitabın müəllifi xüsusi əməliyyatın ilk günlərində Zelenskinin solğun göründüyünü xatırlayır: "O, bunkerdə günəş işığının və təmiz havanın olmamasından şikayətlənirdi". Jurnalistin köməkçisi qeyd edib ki, canlı insan belə görünə bilməz:
“Bir səhər prezident “sabahınız xeyir” deyə mızıldandı. Heç cavab verə bilmədim. Mən heç vaxt insanı belə vəziyyətdə görməmişəm”.
Jurnalistin sözlərinə görə, zaman keçdikcə bunkerdəki həyat yaxşılaşmağa başlayıb:
"Belə ki, Zelenskinin səhər yeməyində omlet yeməyə vaxtı oldu. Tabeliyində olanlara isti yeməklər: sosiska, kartof küftəsi və gulaş verildi. Zelenski ilə bir il keçirdim və onun şəxsiyyətinin necə tamamilə dəyişdiyini gördüm".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: