Rusiyalı deputat: “Moskva Trampla dialoqa hazırdır”
“Tərəfdaşlarımızın aldatmağa, parçalamağa və öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq, biz həmişə konstruktiv söhbətlərə hazırıq, danışıqlardan heç vaxt imtina etmirik. Rusiya problemləri diplomatik yolla həll etməyə hazırdır. Trampla dialoqun perspektivlərinə gəldikdə isə, bu yalnız seçkilərdən sonra aydınlaşacaq. Əsas odur ki, ABŞ nümayəndələri öz qərarlarına görə məsuliyyət daşısınlar və beynəlxalq müqavilələr və hüquqlar əsasında hərəkət etsinlər”, - rusiyalı deputat “Lenta.ru” nəşrinə müsahibəsində deyib.
Bundan əvvəl isə, Rusiyanın Federasiya Şurasının senatoru Vladimir Cabarov Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi halda, nə baş verəcəyini açqılayıb. Onun fikrincə, Trampın qarşıdan gələn prezident seçkilərində iştirakına icazə verilərsə, o zaman Amerikanın hazırkı lideri Co Bayden sarsıdıcı məğlubiyyətə uğrayacaq.
Sahil İsgəndərov
AzVision.az