Məlumata görə, polis əməliyyat zamanı çox sayda silah və narkotik maddəni nəzarətə götürüb.
İlkin ehtimal kimi bildirilir ki, cinayətkarlar xəstəxanaya hücum zamanı orada müalicə alan bir dəstə üzvünü qaçırmaq istəyiblər; dəstə bu məqsədlə yaxınlıqdakı reabilitasiya mərkəzini "qərargah"a çevirib.
Qeyd edək ki, yanvar ayının 9-dan başlayaraq, Ekvadoru cinayətkar qrupların hücum dalğası bürüyüb.
Firudin Həmidli
AzVision.az