Borrel: "Sülh prosesindən danışmaq əbəsdir"

      Borrel:   "Sülh prosesindən danışmaq əbəsdir"
  22 Yanvar 2024    Oxunub:1234
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ittifaqın XİN rəhbərlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlərə müsahibə verib.
AzVision.az xəbər verir ki, Qəzza zolağındakı vəziyyəti diqqətə çatdıran Aİ rəsmisi "bəşəri böhran"ın pik həddə çatdığını vurğulayıb.

O, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşin bəyanatını xatırladaraq bildirib ki, "iki dövlətli həll" münaqişəni başa çatdırmaq üçün yeganə çıxış yoludur".

Borrel həmçinin İsrailin HƏMAS-a qarşı bu şəkildə mübarizəsinin gələcək nəsillərə "nifrət toxumu səpəcəyini" diqqətə çatdırıb.

"Sülh və sabitliyi hərbi yolla qurmaq olmaz. Axı məqsədləri nədir? Bütün fələstinliləri qovmaq, ya öldürmək? Şübhəsiz ki, bu cür mübarizə yanlışdır. Şəxsən daha sülh prosesindən danışmayacağam, amma istərəm ki, münaqişə "iki dövlətli həll" ilə başa çatsın".

Firudin Həmidli
AzVision.az


Teqlər: Borrel     iclas   sülh   danışıqlar  





Xəbər lenti