Xəzərdə ilk kruiz marşrutu işə salına bilər

 Xəzərdə ilk kruiz marşrutu işə salına bilər
  22 Yanvar 2024    Oxunub:922
Rusiya bu ilin yay ayında Xəzəryanı dövlətlərlə birgə Xəzər dənizində ilk kruiz marşrutunu işə salmağa hazırdır.

Bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.

Onun sözlərinə görə, “Böyük Volqa Yolu” layihəsinə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan daxil olacaq.

D.Volvaç bildirib ki, hazırda kruiz gəmisinin tikintisi başa çatdırılır və gəminin dəniz sınaqları yalnız 2024-cü ilin payızına planlaşdırılıb.

Qeyd edək ki, Xəzər dənizində işə salınması nəzərdə tutulan ilk kruiz gəmisi “Böyük Pyotr” adlandırıması nəzərdə tutulub. Ancaq bu yaxınlarda bu laynerin adını dəyişdirilərək “Vladimir Jirinovski” adlandırmaq qərarına gəlinib.
AzVision.az


Teqlər:





Xəbər lenti