Səudiyyə XİN: "Əvvəlcə münaqişə başa çatmalıdır"

      Səudiyyə XİN:   "Əvvəlcə münaqişə başa çatmalıdır"
  22 Yanvar 2024    Oxunub:988
"Fələstin münaqişəsi yekunlaşmasa, İsraillə münasibətlər gərgin qalacaq".
AzVision.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan CNN telekanalına müsahibəsində diqqətçəkən açıqlamalar verib.

"İsraillə normal münasibətlər etibarlı Fələstin dövlətinin qurulmasından asılıdır. Sabitliyə ehtiyacımız var və bu, yalnız münaqişənin həllinə əsaslanır" , - nazir deyib.

Səudiyyə Ərəbistanının XİN rəhbəri ötən həftə Davos İqtisadi Forumundakı çıxışında da bu məqama toxunaraq, "Fələstin dövlətinin yaradılması barədə razılıq baş tutarsa, ölkəsinin İsraili tanımaq məsələsini nəzərdən keçirə biləcəyini" söyləmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Səudiyyə   nazir   açıqlama  





Xəbər lenti