Lavrovun nümayəndə heyəti ABŞ-yə gedir

   Lavrovun nümayəndə heyəti  ABŞ-yə gedir
  21 Yanvar 2024    Oxunub:1209
Rusiya XİN rəhbəri Sergey Lavrovun nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirak etmək üçün yaxın bir neçə dəqiqə ərzində Nyu-Yorka yola düşəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Diplomat qeyd edib ki, tədbirdə digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Donetskə endirdiyi zərbələr də müzakirə olunacaq. Həmçinin, onun sözlərinə görə, müzakirə mövzusu Qərb ölkələrinin şəhərin atəşə tutulmasında iştirakı olacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Donetsk bazarına raket hücumunu pisləyərək bunu dinc əhaliyə qarşı terror hücumu adlandırmışdı.

Qeyd edək ki, yanvarın 21-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Donetskin Kirovski rayonunun Tekstilşçik mikrorayonunda yerləşən bazarı atəşə tutub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, atışlar Kiyevin nəzarətində olan Avdiivkadan Qərb silahlarından istifadə edilməklə həyata keçirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti