Bu barədə RTHK məlumat yayıb. Yarış yanvarın 21-i səhər saatlarında baş tutub. Marafondan sonra təxminən 30 yaşlı iştirakçılardan biri metro stansiyasının platformasında huşunu itirib. O, xəstəxanaya aparılıb və müalicə olunsa da, dünyasını dəyişib. Həmçinin 10 kilometr məsafəyə yarışda iştirak edən daha bir nəfər finiş xəttinə yaxın yıxılaraq huşunu itirib, ürəyi dayanıb, lakin həkimlər ona tez tibbi yardım göstəriblər.
Yarış zamanı və yarışdan sonra müxtəlif xəsarət alan 842 idmançı kömək üçün xəstəxanalara müraciət edib. 34 qaçışçı xəstəxanaya göndərilib, onlardan birinin vəziyyəti ağır, dördünün vəziyyəti kritik ağırdır.
AzVision.az