Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salınıb

Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salınıb
  20 Yanvar 2024    Oxunub:1186
Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması ilə bağlı anonim xəbərə görə iki saat təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə "TAV Georgia" şirkəti məlumat yayıb.

Hadisə yerində axtarış aparılsa da, partlayıcı qurğu tapılmayıb. Təxirə salınan reys 2 saat gecikmək ilə saat 19:40-da yola düşüb.

Gürcüstan qanunvericiliyinə görə, yalan məlumat verən şəxsi inzibati cəza gözləyir.

AzVision.az


Teqlər: Batumi   İstanbul   təyyarə   bomba  





Xəbər lenti