"Ukraynaya yardımı təsdiqlənməsə, Rusiya bir neçə həftəyə qalib gələcək" - Ağ Ev
Onlar qeyd ediblər ki, Ukraynada “yaxın həftələrdə” müəyyən hava hücumundan müdafiə və artilleriya imkanlarını tükənəcək. Sallivan ölkənin vəziyyətinin il ərzində daha da çətinləşəcəyini vurğulayıb və Ukraynanın qısa müddətdə müxtəlif variantları tükətəcəyi konkret tarixləri göstərib.
"NBC News" kanalının mənbələrinə görə, Ağ Ev rəsmiləri Baydenin Kiyevə lazım olduğu qədər yaxın olmaq vədini yerinə yetirə bilməyəcəyi perspektivindən getdikcə daha çox təşvişə düşüblər.
Ağ Ev rəsmiləri həmçinin konqresmenlərə bildiriblər ki, Ukraynaya yardımın olmaması “ABŞ-a arxalanan digər ölkələri, o cümlədən Yaponiya və Cənubi Koreyanı öz müttəfiqliklərini yenidən düşünməyə vadar edə bilər”.
“Konqres liderlərindən ibarət ikipartiyalı qrup görüşdə Ukraynaya yardımın milli təhlükəsizlik prioritetlərindən biri olduğu barədə razılığa gəlinib, lakin etiraf edilib ki, qanunvericilikdə irəliləyişin necə olacağı ilə bağlı fikir ayrılıqları var”, - məqalədə deyilir.
AzVision.az
Teqlər: