Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

   Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir
  19 Yanvar 2024    Oxunub:1046
Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni ticarət məhdudiyyətləri və sanksiya siyahılarının genişləndirilməsini əhatə edə biləcək 13-cü paketin müzakirəsinə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" Agentliyi mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, onlar bunu fevralın 24-dək təsdiqləmək niyyətindədirlər.

Qeyd edilib ki, yanvarın 17-də blok ölkələrinin səfirlərinin görüşündə mümkün sanksiyalar müzakirə edilib. Onlar sanksiya siyahılarının genişləndirilməsi, əlavə ticarət məhdudiyyətləri, habelə Rusiya Federasiyasının sanksiyalardan yayınması ilə mübarizə tədbirlərini müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti