Suriya üzrə Astana formatında 21-ci toplantı keçiriləcək
Astana qarantlarının birgə müraciəti əsasında baş tutacaq danışıqlara Türkiyə, Rusiya və İrandan nümayəndə heyətləri ilə yanaşı Dəməşq hökuməti və müxalifətindən rəsmilərin də qoşulacağı bildirilib.
Görüşlər zamanı BMT-dən, İordaniya, İraq və Livandan nümayəndələrin də müşahidəçi qismində iştirakı nəzərdə tutulub.
Danışıqlarda Suriya ətrafında regional vəziyyət, problemin həlli yolları, humanitar vəziyyət və Suriyanın bərpası üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Suriya böhranı ilə əlaqədar Astana toplantılarının sonuncusu 2023-cü ilin yayında baş tutmuşdu.
Firudin Həmidli
AzVision.az
Teqlər: Astana Suriya danışıqlar