O, "Mamul" saytında dərc oluna məqalədə yazıb ki, erməni valideynlər övladlarını sərhəddə xidmətə göndərərkən indidən dərdə düşürlər.
“Vaxt var idi ki, vətəndaşlarımız övladlarının Qarabağda xidmət etdiyini öyrənəndə panikaya düşürdülər. Bir çox insan hətta uca səslə deyirdi ki, qoy "Artsax xalqı" (Ermənilərin Qarabağa verdikləri qondarma ad-red.) Qarabağda xidmət etsin, ya da türklərlə rahat yaşasınlar. Axırı elə də oldu ki, Qarabağı türklərə qaytaran bir ordu yarandı və erməni uşaqları da artıq Qarabağda xidmət etmirlər. Uşaqlarımız ortada Xankəndi rejimi olduğu üçün 30 il dinc yaşamış Basarkeçər, Mehri, Cermuk, Gorus, Qafan, Sisiandakı mövqelərdə dayanırlar. İndi erməni valideynlər övladları Vardenisdə xidmətə yola salınarkən təlaşa düşürlər", - o, xalqının Azərbaycan Ordusundan qorxusunun qalmasını gizlətməyib.
Radikal jurnalist İrəvandakı mövcud hakim qüvvələrə də söz atıb: "Təbliğatçıların apardıqları kampaniya nəticəsində insanlarımız tezliklə Qarabağla bağlı oxşar fikirləri sərhəd bölgələrimiz üçün də deməyə başlasalar, təəccüblənməyin. Yəni, qoy vardenislilər Basarkeçərdə xidmət etsinlər. Əks halda Basarkeçərdən imtina edib sülh içində yaşamalıyıq".
Tural Tağıyev
AzVision.az