"Qırmızı dənizdəki vəziyyət qiymət artımına səbəb olacaq"

   "Qırmızı dənizdəki vəziyyət qiymət artımına səbəb olacaq"
  19 Yanvar 2024    Oxunub:930
Qırmızı dənizdəki vəziyyət Avropa İttifaqına ərzaq, o cümlədən meyvə və qəhvə tədarükü zəncirinin pozulmasına səbəb ola bilər. Bu isə mal qıtlığı və qiymətlərin artmasına gətirib çıxardacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Agentliyin məlumatına görə, Asiyadan Avropaya məhsul daşıyan gəmilər indi Qırmızı dəniz ətrafında marşrutlarını dəyişmək məcburiyyətindədirlər. Yeni istiqamətlər isə daha uzun və bahalıdır. Bu, qaçılmaz olaraq avropalılar üçün malların son qiymətlərinə təsir göstərəcək. Həmçinin çatdırılma müddətinin artması səbəbindən bəzi məhsullar xarab ola və ya uzun gecikmə ilə gəlib çata bilər ki, bu da onların mağazalarda qıtlığına səbəb olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti