Türkiyə və İtaliya arasında viza prosesi sürətləndirilir

   Türkiyə və İtaliya arasında viza prosesi sürətləndirilir
  19 Yanvar 2024    Oxunub:1120
İtaliyanın Baş nazir müavini və XİN rəhbəri Antonio Tayani Baş nazir Corca Meloninin yanvarın 20-də nəzərdə tutulan Türkiyə səfəri ərəfəsində maraqlı açıqlamalar verib.
AzVision.az xəbər verir ki, DHA agentliyinə müsahibə verən xarici işlər naziri türk vətəndaşların İtaliyanın diplomatik nümayəndəliklərində üzləşdiyi viza problemlərinin həlli üçün lazımi tədbirlər görüləcəyini bildirib.

Nazir sözügedən problemin kadr çatışmazlığı və həddindən artıq tələbatdan qaynaqlandığını nəzərə çatdırıb.

“Viza verilməsi ilə əlaqədar problemlər bir çox ölkədə mövcuddur. Çünki konsulluqlar mütəmadi viza sorğuları alır və hər birini cavablandırmaq üçün müəyyən vaxt lazımdır. Viza hüququna malik insanları çox gözlətməmək üçün bu sahəyə lazımi sayda işçi cəlb edəcəyik", - o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   Türkiyə   nazir   viza  





Xəbər lenti