Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirib

   Şimali Koreya    sualtı nüvə silahını    sınaqdan keçirib
  19 Yanvar 2024    Oxunub:856
ABŞ, Yaponiya və Cənubi Koreyanın hərbi təlimlərinə cavab olaraq Şimali Koreya “Haeil-5-23” sualtı nüvə silah sistemini sınaqdan keçirib.
AzVision.az xəbər verir ki, Koreyanın müdafiə nazirliyinə istinad edən Koreya mərkəzi xəbər agentliyi (KCNA) belə məlumat yayıb.

“Koreya xalq demokratik respublikasının (KXDR) milli müdafiə akademiyasının sualtı silah sistemləri institutu Koreyanın Şərqi dənizinin (Şimali Koreyada Yapon dənizi belə adlandırılır) sularında hazırlanmaqda olan “Haeil-5-23” sualtı nüvə silahı sisteminin mühüm sınağını keçirib”, - məlumatda deyilir.

Şimali Koreyanın müdafiə nazirliyi bildirib ki, sınaqlar Amerikanın nüvə mühərrikli təyyarədaşıyan “Carl Vinson”, “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz olunmuş “Princeton” kreyserinin, Yaponiya və Cənubi Koreya donanmalarının gəmilərinin iştirakı ilə Çeju adasının ətrafında keçirilən üç günlük dəniz təliminə cavabdır.

Müdafiə nazirliyinin adı açıqlanmayan rəsmisi ABŞ, Cənubi Koreya və Yaponiyanı hərbi təlimlərin “çılğın tempinə” görə günahlandıraraq, “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib.

AzVision.az




Teqlər: Pxenyan   nüvə  





Xəbər lenti