NATO Rusiya ilə müharibəyə hazırlaşır - "Daily Mail"

      NATO Rusiya ilə müharibəyə hazırlaşır    - "Daily Mail"
  19 Yanvar 2024    Oxunub:1040
NATO yaxın 20 ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır.
Bu fikirlər Britaniyanın məşhur "Daily Mail" saytında dərc olunan məqalədəndir. Nəşr NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerə istinad edib.

NATO Rusiya ilə müharibəyə hazırlaşır: Məxfi sənəddən çıxarışlar
O, alyansa daxil olan ölkələrin rəhbərlərini və ümumilikdə mülki şəxsləri münaqişəyə, potensial hərbi çağırış perspektivinə hazır olmağa səsləyib. Admiral tərəfdaş ölkələrin sülh içində yaşayacaqlarına təminatın qalmamasına dair də söz atıb: "Ona görə də NATO qüvvələri Rusiya ilə münaqişəyə hazırlaşırlar. Ancaq müzakirələrin miqyası daha genişdir".

NATO rəsmisi münaqişə vəziyyətində hərbi prosesləri uğurla davam etdirmək üçün kifayət qədər tez silah və sursat istehsal edə bilən sənaye bazasına arxalanmağın zəruriliyini önə çəkib: "Bu, həm də sənaye bazası deməkdir. Ümumilikdə bütün insanlar burada rol oynayacaqlarını anlamalıdırlar".

Qeyd edək ki, yanvar ayında NATO-nun 90 min hərbçinin iştirakı ilə “Steadfast Defender” adlı təlimi keçiriləcək. Bu, son onilliklərin ən böyük təlimi olacaq.

Xatırladaq ki, bundan öncə “Bild” nəşri də alyansın artıq Rusiya ilə münaqişəyə hazırlaşması barədə məlumat yaymışdı. Sayt Bundesverin gizli sənədlərinə istinad etmişdi.

Almaniya Müdafiə Nazirliyinin məxfi sənədində Rusiya ilə NATO arasında baş verə biləcək hadisələr, 2025-ci ilin yayında yüz minlərlə NATO hərbçisinin yerləşdirilməsi və qaçılmaz müharibənin başlanması ilə nəticələnən mümkün hadisələr təsvir edilir.

Məşhur alman politoloq Aleksandr Rahr isə Almaniya ictimaiyyətinin Rusiya ilə münaqişə ehtimalına inanmadığını deyib. Onun sözlərinə görə, “Bild" qəzeti təxribatları və ehtirasları qızışdırması ilə tanınır".

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Rusiya   Münaqişə   Admiral  





Xəbər lenti