Paris Notr-Dam kilsəsi bu tarixdə açılacaq

Paris Notr-Dam kilsəsi bu tarixdə açılacaq
  15 Yanvar 2024    Oxunub:1148
2019-cu ildə baş verən yanğınla əlaqədar üzərində illərdir bərpa işləri aparılan məşhur Notr-Dam kafedralı cari ilin sonunda qapılarını yenidən turistlərin üzünə açacaq.
AzVision.az xəbər verir ki, tarixi abidənin bərpasını həyata keçirən "Rebâtir Notre-Dame de Paris" qurumunun rəhbəri Filip Jost işlərin 11 aya yekunlaşdırılacağını, kilsənin 8 dekabrda həm ziyarət, həm də ibadət üçün açılacağını bildirib.

Xatırladaq ki, XII əsrə aid məşhur kafedralda 2019-cu il aprelin 15-də naməlum səbəbdən yanğın baş vermişdi. Yanğında 96 metr hündürlüyündəki qüllələrindən biri və dam örtüyü tamamilə sıradan çıxıb, binaya ciddi ziyan dəyib. Abidənin bərpası üçün dünyanın hər yerindən rekord məbləğdə 844 milyon avro ianə toplanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Paris   Notr-Dam   abidə   açılış  





Xəbər lenti