İran maya kimi Mumbayı İrəvanla birləşdirəcək

   İran maya kimi Mumbayı İrəvanla birləşdirəcək
  15 Yanvar 2024    Oxunub:1061
Ermənistanla Hindistanı birləşdirən və İrandan keçəcək ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.

Dehli Ermənistanı həm silahlandırır, həm də enerji sistemini qurur
“Bu bizim məqsədimiz idi. Hindistanın Mumbay limanından İranın Çabaxar limanından keçməklə Ermənistana uğurlu fəaliyyət göstərəcək ticarət marşrutunun olması üçün bu ilin may ayına qədər bütün məsələləri həll etməyə razılaşdıq”, - Kerobyan qeyd edib.

Erməni nazir bu yaxınlarda hindistanlı həmkarı, həmçinin Çabahar limanını idarə edən şirkətin rəhbəri ilə görüşdüyünü də xatırladıb. Tərəflər may ayına qədər həyata keçirilməli olan fəaliyyət planını müəyyən ediblər.

İrəvan ümid edir ki, Tehranın ciddi dəstəyi ilə baş tutacaq bu ticarət yolunun işə düşməsi Ermənistanda, Hindistanda və İranda ticarət dövriyyəsini yükdaşımaları kəskin şəkildə artıracaq.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla bütün sferalarda olan əməkdaşlığı xeyli artırıb. Dehlinin xüsusən də İrəvanı silahlandırması diqqət çəkir. Bu istiqamətdə İranın da xeyli fəallığı müşahidə olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Dehli   İrəvan  





Xəbər lenti