Sərnişin təyyarəsinin uçuş zamanı gövdəsi qopdu
Bu barədə təyyarənin məxsus olduğu “Alaska Airlines” şirkətindən açıqlama verilib.
Bildirilib ki, hadisə təyyarə havaya qalxdıqdan az sonra, artıq hündürlükdə olarkən meydana gəlib.
Təyyarənin salonundan yayımlanan görüntülərdə gövdənin bir hissəsinin pəncərələrdən biri ilə birlikdə qopduğu əks olunub. Xoşbəxtlikdən, divarın yanındakı sərnişin oturacağında heç kim əyləşməyib.
Təyyarənin göyərtəsində 174 sərnişin və altı ekipaj üzvü olub. Təyyarə təcili olaraq geri qayıtmaq məcburiyyətində qalıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
AzVision.az
Teqlər: