Qaraxanlıda hasarlara niyə sınıq çaynik və buynuz qoyulur? - VİDEO

Qaraxanlıda hasarlara niyə sınıq çaynik və buynuz qoyulur?    - VİDEO
  02 Yanvar 2024    Oxunub:2165
Tovuzun Qaraxanlı kəndində hər bir evin hasarında sınıq çayniklərə rast gəlinir. Görənləri təəccübləndirən bu əşyalar əbəs yerə evin giriş hissəsini bəzəmir. İnanca görə, tullantı olan bu cür saxsı və şüşə qablar pis və mənfi nəzərləri üzərinə çəkməsi üçün evin giriş hissəsinə, hasarı üzərinə qoyulur.
“Çatlaq qab saxlamırıq. Ya atırıq, ya da darvazanın başına qoyuruq”, - kənd sakini Zərifə Əmrahova söyləyib.

Nəzər dəyməməsi üçün şüşə qablarla yanaşı, evin giriş hissəsində keçi, qoyun və iribuynuzlu heyvanların qurudulmuş buynuzlarını asanlar da az deyil.

Təxminən 20 il əvvələ qədər kənddə bu kimi əşyaları hər bir evdə görmək mümkün idisə, bu gün bu hal kəndin təxminən 40-50 faizini əhatə edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

AzVision.az



Teqlər:





Xəbər lenti