İmran Xan Pakistanda parlament seçkilərində iştirak edəcək
Vəkil Əli Zəfər deyib ki, İmran Xan Pakistanın azı üç seçki dairəsindən - İslamabad, Lahor və Mianvalidən namizədliyini irəli sürəcək..
Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Ötən ilin oktyabrında Seçki Komissiyası baş nazir kimi gəlirləri ilə bağlı maliyyə hesabatlarını səhv təqdim etdiyinə görə onu seçkidən kənarlaşdırıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.
AzVision.az
Teqlər: