İtaliyada mafiyanın 6 mərtəbəli binası partladılıb

İtaliyada mafiyanın 6 mərtəbəli binası partladılıb
  18 Dekabr 2023    Oxunub:1134
İtaliya hakimiyyəti Kalabriyanın cənub bölgəsində "Ndranqeta" mafiya qrupundan əvvəllər müsadirə edilmiş altı mərtəbəli evi ppartladıb.
“La Repubblica”nın məlumatına görə, əvvəllər mebel fabriki olan bu bina 40 il ərzində İon dənizindəki Torre Melissa qəsəbəsində dənizkənarı mənzərəni korlayıb.

2007-ci ildə Azad Meydan əməliyyatı çərçivəsində bina karabinerilər tərəfindən ələ keçirilib. Bina 2012-ci ildən dövlət mülkiyyətində olub və istifadə olunmayıb.

Binanı dağıtmaq üçün 400 kiloqram trotil istifadə edilib. Regionun rəhbəri Roberto Okyuto əməliyyata nəzarət etmək üçün şəxsən hadisə yerində olub.


AzVision.az


Teqlər:





Xəbər lenti