Bu ay 200-dən çox dönərxanada monitorinq aparılıb

Bu ay 200-dən çox dönərxanada monitorinq aparılıb
  16 Noyabr 2023    Oxunub:1836
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) noyabrın ilk ongünlüyündə 200-dən artıq dönərxanada monitorinq aparıb.
AQTA-dan verilən məlumata görə, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirlərinin davamı olaraq, dönərxanalarda hazırlanan hazır dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib. Monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, AQTA dönər hazırlanan müəssisələrdə aparılan nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib. Xatırladaq ki, bu ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Vətəndaşlar istehlak etdikləri qida məhsulları ilə bağlı şübhə yarandıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.
AzVision.az



Teqlər: AQTA  





Xəbər lenti