Zahidanda “Starlink” avadanlığı alan beş adam həbs olunub
“Bir casus təşkilatı bu avadanlıqları Zahidanda müəyyən hərəkata göndərib və onların arasında bu avadanlıqları alaraq idarə edən beş effektiv casus Zahidanda həbs olunub. Həbs edilənlərdən bəzilərinin terrorçu-sionist media ilə keçmişdə əlaqələri olub”, - məlumatda deyilir.
Böyük ehtimalla, “Təsnim” agentliyi müəyyən hərəkat dedikdə Zahidanda etirazçıları və Zahidanın sünni imamı Mövləvi Əbdülhəmidin tərəfdarlarını nəzərdə tutur.
Maraqlıdır ki, bir müddət əvvəl “SpaceX” və “Starlink” peyk internetinin sahibi İlon Mask İsrailin baş naziri ilə görüşündə İranda “Starlink” internet şəbəkəsi qurduqdan sonra Tehranın ona məktub göndərdiyini və bu hərəkətdən narazı olduğunu bildirib.
AzVision.az