PUA-lar proqramına görə İrana təzyiqlər artır
“ABŞ-nin Müdafiə nazirliyinin rəsmilərinin “İran hökumətinin hərbi büdcələri artırmaqla hücum xarakterli PUA-lar yaratmaq planı təhlükəsi” ilə mübarizə aparması üçün ABŞ Konqresində 40-dan çox parlament üzvünün təşəbbüsü və iştirajkı ilə plan hazırlanb. Hər iki partiya tərəfindən dəstəklənən planın maliyyə dəyəri ildə 55 milyon dollara çatır. Onun təsdiqlənəcəyi təqdirdə, Müdafiə nazirliyi düşmən intiharçı PUA-larla mübarizə aparmaq üçün İsrail və ABŞ arasında hərbi əməkdaşlıq qanununun icrası barədə birbaşa Konqres nümayəndələrinə hesabat verməyə borclu olacaq”, - məlumatda deyilir.
Demokrat konqressmen Joş Qottheymer İran hökumətini regionda fəal olan terror qruplaşmalarını dəstəklədiyinə görə İsrail və Amerika vətəndaşlarının təhlükəsizliyini təhdid etməkdə günahlandırıb. Onun sözlərinə görə, İran hökumətinə bağlı agentlərin bölgədə istifadə etdikləri PUA-ların hücumları zamanı indiyədək çoxlu sayda amerikalı həlak olub və ya yaralanıb.
“Jewish Insider” hər iki partiyanı təmsil edən 42 konqressmenin imzaladığı bu qanun layihəsini “Demokratiyaların Müdafiəsi Fondu” da dəstəklədiyini bildirir.
AzVision.az