`Konçita Vurst Putinin layihəsidir`
Siyasətçi əmindir ki, Konçita Vurst Putin tərəfindən Avropa və onun dəyərlərini məhv etmək üçün hazırlanan layihədir. Rusiya təbliğatı ölkə vətəndaşları və xüsusilə də Ukrayna olmaqla, qonşu ölkələri Avropa İttifaqının əxlaqsızlıq yuvası olmasına inandırmağa çalışır. Rəsmi Moskva gizli olaraq “Eurovision”a saqqallı qadını göndərməyə qərar verdi, sadəlövh avropalılar Kremlin bu təxribatına uydular. Bununla da Rusiya prezidenti Putin öz mənafeyi üçün ideal arqument əldə etdi.
“Mərc edərəm ki, Konçita Vurst – Putinin PR layihəsidir. Putin üçün informasiya müharibəsində bundan gözəl hədiyyə ola bilməzdi”, - deyə Dzintras bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az