“Tərtər işi”nə görə ölən iki məhkum günahsız imiş

   “Tərtər işi”nə görə ölən iki məhkum günahsız imiş
  06 Dekabr 2022    Oxunub:1557
Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məhkum edilmiş şəxslərdən daha ikisinin günahsız olmasının müəyyən edilməsi barədə məlumat yayıb.
Qurumdan AzVision.az -a verilən məlumata görə, mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb.

"Onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti