Almaniyalı zabit Rusiyaya casusluq etdi

Almaniyalı zabit Rusiyaya casusluq etdi
  18 Noyabr 2022    Oxunub:615
Almaniyada ehtiyatda olan keçmiş zabit Ralf Düsseldorf Rusiyaya casusluq ittihamı ilə şərti həbs cəzasına məhkum edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Almaniya kəşfiyyatı məlumat yayıb.

Bildirilib ki, məhkəmə 66 yaşlı Ralfı müxtəlif mövzularda Rusiya Hərbi Kəşfiyyatına məlumat verməkdə təqsirli bilib. Onun casusluq fəaliyyətinə görə 1 il 9 ay şərti həbs cəzasına məhkum edildiyi açıqlanıb.

Həmçinin, Ralfın son dərəcə ruspərəst olması və özünü Rusiya üçün önəmli şəxs hesab etməsi həmin şəxsə qarşı ittihamları kəskin şəkildə artırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti