Fuat Oktay Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini şərh edib

   Fuat Oktay Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini şərh edib
  18 Noyabr 2022    Oxunub:739
“Fransa Azərbaycan əsgərlərinin Ermənistanın olduğu iddia etdiyi torpaqlardan çıxmasını tələb edir. Hazırda Şuşada, Füzulidə ciddi işlər gedir. Həmin ərazilər Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarıdır. Kəndlər yerlə-yeksandır”
AzVision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. Onun sözlərinə görə, ermənilərin Qarabağda məskunlaşmaması həmin ərazilərin onların olmadığını göstərir:

“Ermənilərin özləri də heç bu əraziyə köçməmişdilər, çünki niyyət fərqli idi. İndi 30 il sonra bu torpaqların həqiqi sahibləri geri qayıdır, Fransa isə çıxıb deyir ki, bura Ermənistan torpağıdır, ey Azərbaycan buradan çıx, yoxsa sənə qarşı sanksiya tətbiq edəcəyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti