Hərbçilərin asdığı cırıq bayraq İrəvanda narazılığa səbəb oldu

  Hərbçilərin asdığı cırıq bayraq İrəvanda narazılığa səbəb oldu
  18 Noyabr 2022    Oxunub:1404
Ermənistanda hərbçilərin bayrağa qarşı hörmətsizlik sərgiləməsi narazılığa səbəb olub. AzVision.azxəbər verir ki, araşdırmaçı jurnalist Oskan Sarkisyan ölkənin əsas dövlət rəmzlərindən olan bayrağın cırıq şəkildə dövlət sərhədində qaldırılmasına etiraz edib.
O, bununla bağlı sosial şəbəkələrdə foto yayaraq yazıb: “Bu cırılmış bayraq sərhəd zolağında, Tavuş rayonunun Kirants və Voskepar kəndlərinin sərhəddində, dövlətlərarası avtomobil yolunun kənarındakı təpədə yerləşir. Üçrəngli bayrağımız Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən ucaldılıb. Cırıq bayrağımızı hər gün bu strateji yolda gedən əcnəbilər də görürlər. Bir neçə il əvvəl baş nazir Nikol Paşinyan gömrükdə yerə bayraq sərdiyi üçün gənc məmuru aşağılamışdı. Bəs indi onun bu cırıq bayraqla bağlı Müdafiə Nazirliyinə deyəcək sözü varmı?”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bayraq   Ermənistan  





Xəbər lenti