Aİ Rusiyanın aktivlərini dondurdu

   Aİ Rusiyanın aktivlərini dondurdu
  18 Noyabr 2022    Oxunub:855
Avropa İttifaqı Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurub. Bu barədə Politico məlumat yayıb.
Nəşrin yazdığına görə, 50 milyard avro Belçikanın payına düşür. Ondan sonra 5,5 milyard avro dəyərində aktivlərinin dondurulduğu Lüksemburq gəlir.

Bununla belə, Aİ Rusiyanın dondurulmuş milli ehtiyatlarının həcmini bilmir. Sənəddə onların təxminən 33,8 milyard avro dəyərində qiymətləndirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti