İranda etirazlarda ölənlərin sayı 342-yə çatıb

“Iran Human Rights” təşkilatının məlumatına görə, İranda aksiyalar zamanı həlak olanların sayı 342-yə çatıb.
Hesabatda İranın 31 vilayətindən 23-ü üzrə məlumatlar qeyd olunub. Bildirilir ki, həlak olanların 43-ü 18 yaşdan kiçik olub. Bundan başqa, aksiyalar zamanı 26 qadın həlak olub.
Məlumata görə, etirazlar zamanı 10 mindən çox aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlardan 5 nəfər barəsində ölüm hökmü qərarı çıxarılıb.
Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.
AzVision.az
Teqlər: